İQTİSADİYYAT

Rusiya, Azərbaycan və İran elektrik sistemlərinin birləşdirilməsi ilə bağlı danışıq aparır

İranın Rusiyadakı səfiri bildirib ki, sistemlərin birləşdirilməsi enerji mübadiləsinin həyata keçirilməsinə imkan verəcək. Bununla yanaşı, zəruri ehtiyac yarandığı halda qarşı tərəfdən enerji idxalı da həyata keçirilə bilər.
Sputnik
BAKI, 27 fevral — Sputnik. Rusiya, Azərbaycan və İran arasında elektrik sistemlərinin birləşdirilməsi istiqamətində danışıqlar davam edir.
Bu sözləri İranın Rusiyadakı səfiri Kazım Cəlali İRNA agentliyinə müsahibəsində deyib.
O bildirib ki, sistemlərin birləşdirilməsi enerji mübadiləsinin həyata keçirilməsinə imkan verəcək. Bununla yanaşı, zəruri ehtiyac yarandığı halda qarşı tərəfdən enerji idxalı da həyata keçirilə bilər.
Bu gün Tehranda Rusiya-İran hökumətlərarası müştərək iqtisadi komissiyanın iclasına toxunan səfir nəzərə çatdırıb ki, iclasda müzakirə olunacaq əsas məsələlərdən biri 162 kilometrlik Rəşt-Astara dəmir yolunun tikintisi olacaq.