CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstirahət günlərində borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılıb

Polis əməkdaşları tərəfindən 82 cinayətin açılması təmin olunub.
Sputnik
BAKI, 26 fevral - Sputnik. Fevralın 24-25-də ölkə ərazisində qeydə alınan 82, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.