BAKI, 26 fevral - Sputnik. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) rəhbərliyi və ayrı-ayrı icra strukturları Kiyev və Qərb dövlətləri tərəfindən aşkar pozuntulara göz yumurlar.
Bu barədə “RİA Novosti” Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Departament Rusiyanın Parlament Assambleyasında (PA) iştirakı ilə bağlı vəziyyəti şərh edib.
Xarici Işlər Nazirliyi qeyd edib ki, PA Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından müstəqil və muxtar qurumdur. Xarici Işlər Nazirliyi xatırladıb ki, Rusiya nümayəndə heyətinin ATƏT PA-nın işində iştirakı ilə bağlı bütün məsələlər Federal Məclisin səlahiyyətlərinə aiddir.
Deputatlar Rusiya parlamentinin daimi nümayəndə heyətinin ATƏT PA-da iştirakının dayandırılması ilə bağlı müraciətə baxmağı planlaşdırıblar. Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi rəhbərinin birinci müavini Dmitri Novikov agentliyə bildirib ki, bu mövzu “Federasiya Şurasının qərarı ilə sinxronlaşdırıldıqda” ona diqqət yetiriləcək.
Bundan əvvəl Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov bildirib ki, Rusiyasız ATƏT özünü ləğv etməyə məhkumdur.