BAKI, 26 fevral — Sputnik. İrəvanın Gülbenkyan küçəsində bomba qoyulması barədə Ermənistan Daxili İşlər Nazirliyinə məlumat daxil olub. Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Fevralın 26-da saat 13:40-da İrəvanın Gülbenkyan küçəsi 30/3 ünvanındakı binanın həyətində bomba olması barədə məlumat qeydə alınıb.
Hadisə yerinə xilasedicilər və istehkamçılar, həmçinin Ermənistan polis rəisi, general-mayor Aram Hovhannisyan gəlib. Əraziyə baxış keçirmək üçün iş aparılır.
Daha əvvəl də eyni ərazidə partlayıcı maddələr tapılıb və mətbuat onun parlamentin hakim "Mülki müqavilə" fraksiyasından olan deputat Qurqen Arsenyanın ofisinin yaxınlığında qoyulduğunu yazıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.