RUSİYA

Putin Ərdoğana zəng etdi

Rusiya lideri türkiyəli həmkarını yubileyi münasibətilə təbrik edib və ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə ona təşəkkür edib.
Sputnik
BAKI, 26 fevral — Sputnik. Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib ƏrdoğanVladimir Putin arasında telefon danışığı olub.
Rusiya lideri türkiyəli həmkarını yubileyi münasibətilə təbrik edib və ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə ona təşəkkür edib.
Qeyd edək ki, Ərdoğan 70 yaşını qeyd edir.
Putin bundan əvvəl türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ilin əvvəlində görüşməyi planlaşdırdığını açıqlasa da, bundan əvvəl Türkiyə Prezidentinin qrafikinə görə liderlər görüşə bilməyib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bəyan etmişdi ki, Kreml iki liderin görüşünün vaxtını dərhal açıqlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.