BAKI, 26 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putin həftənin birinci yarısında Federal Məclisə müraciətini elan etməyə hazırlaşır və hər gün nazirlər, adminstrasiya rəhbərləri və köməkçilərlə əlaqə saxlayır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
"Prezident Kremldə işləyir və yeni bir həftə başlayıb, onun birinci yarısı əsasən Federal Məclisə göndərilən müraciət hazırlığına həsr olunacaq. Prezident şəxsən bu mətn üzərində işləyir. Müraciətin açıqlanmasından əvvəlki günlərdə prezidentin hər gün həm nazirlərlə, həm də Baş nazirin müavinləri, administrasiyanın rəhbərləri və köməkçiləri ilə onlarla iş xarakterli, telefonla və ya şəxsən əlaqə saxlayır. Məsələ çox gərgin məsələdir" - Peskov qeyd edib.
Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, son nəticədə ərsəyə gələn mətn prezidentə məxsus olacaq. Buna görə də prezident bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günü hazırlaşacaq.
Rusiya dövlət başçısı fevralın 29-da Federal Məclisə müraciətlə çıxış edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.