BAKI, 26 fevral — Sputnik. "Rusiya iqtisadiyyatı sanksiyalara qarşı layiqli müqavimət göstərib. Bu, ABŞ tərəfindən də etiraf edilib". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə yeni sanksiyalar paketi ilə bağlı "TASS"ın sorğusunu şərh edərkən bildirib.
"Rusiya iqtisadiyyatı öz sabitliyini nümayiş etdirdi. Həm də hazırkı vəziyyətdə bunu biz demirik, bu, ABŞ nümayəndələrinin fikrincə belədir. Rusiya iqtisadiyyatı sabitliyini nümayiş etdirdi, uyğunlaşdı və inkişaf etməkdə davam edir" - Kremlin nümayəndəsi bildirib.
Bundan əvvəl ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan etiraf etmişdi ki, Rusiya iqtisadiyyatı sanksiyalara baxmayaraq, stabil olaraq qalır.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
© Sputnik / Сергей Гунеев
/ Fevralın 23-də ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyasından və digər ölkələrdən olan fiziki və hüquqi şəxslərə qarşı yeni anti-Rusiya sanksiyalarını elan edib. Yeni məhdudiyyətlər paketinə 57 fiziki şəxs, 485 hüquqi şəxs və 12 gəmi daxildir. Rusiya şirkətləri ilə yanaşı, məhdudiyyətlər Qırğızıstan, Çin, BƏƏ, Serbiya, Türkiyə, Almaniya və digər ölkələrin şirkətlərini əhatə edib. Kanada hakimiyyəti də Rusiya əleyhinə yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Bundan əlavə, Aİ Şurası elə həmin gün Avropa İttifaqının Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqlədiyini açıqlayıb. Tədbirlər Rusiya Federasiyasından və bir sıra digər ölkələrdən, o cümlədən Hindistan, Qazaxıstan, Çin, Serbiya, Tailand, Türkiyə və Şri-Lankadan 106 fiziki və 88 hüquqi şəxsə şamil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.