TƏHSİL

Məktəblərlə bağlı bütün hadisələr araşdırılır - Emin Əmrullayev

Nazir bildirib ki, məktəblərlə bağlı bütün hadisələr araşdırılır və təsdiqini tapdığı halda ona uyğun tədbir görülür.
Sputnik
BAKI, 26 fevral — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev son zamanlar məktəblərdə baş verən hadisələrə münasibət bildirib.
Nazir jurnalistlərə açıqlamasında deyib ki, məktəblərlə bağlı bütün hadisələr araşdırılır və təsdiqini tapdığı halda ona uyğun tədbir görülür.
Qeyd edək ki, ötən həftə Bakıda 156 saylı məktəbin şagirdləri arasında baş verən zorakılıq hadisəsi geniş rezonansa səbəb olub.
156 saylı məktəbin şagirdi öz məktəb yoldaşının alnına təhqiredici söz yazmaqla yanaşı onun başına yumurta vuraraq saçlarını kəsib. Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.