Qarabağın dirçəlişi və reinteqrasiyası

Azad edilmiş ərazilərdə daha 139 mina aşkarlanıb

ANAMA-dan bildirilib ki, 945.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Sputnik
BAKI, 26 fevral — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (19.02.2024 - 25.02.2024) açıqlanıb.
ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 95 piyada əleyhinə mina, 44 tank əleyhinə mina, 112 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 945.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Xatırladaq ki, bu il fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.