RUSİYA

Zaxarova Riqada küçələrin adının dəyişdirilməsinin kimə zərər vuracağını deyib

Riqa şəhərinin deputatları rusların adları verilmiş altı Riqa küçəsinin adlarının dəyişdirilməsi barədə qərar qəbul ediblər.
Sputnik
BAKI, 25 fevral - Sputnik. Riqa hakimiyyətinin rus yazıçılarının adına olan küçələrin adlarının dəyişdirilməsi ilə bağlı qərarı yalnız Riqa sakinlərinə zərər verəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Riqa özünü dünya mədəni məkanından silir. “Riqa Duması”ndan nə Qoqol, nə də Lermontov zərər görməyəcəklər. Yalnız Latviya rejiminin ağılsızlığına dözməli olan yerli vətəndaşlar əziyyət çəkəcəklər” – o, “Telegram”da yazıb.
Bundan əlavə, Zaxarova xatırladıb ki, Kiyev Nikolay Qoqolu “böyük Ukrayna yazıçısı” elan edib.
“Maraqlıdır, görəsən, Riqa Duması bu barədə nə düşünür?” – diplomat maraqlanıb.
Bundan əvvəl xəbər verilmişdi ki, Riqa şəhərinin deputatları rus adlarıverilmiş altı Riqa küçəsinin adlarının dəyişdirilməsi barədə qərar qəbul ediblər. Söhbət Puşkin, Lermontov, Turgenev, Qoqol küçələrindən gedir. Həmçinin, Lomonosov küçəsi və Moskva küçəsi (Maskavas) da yeni adlar alacaqlar. Küçələrin adlarının dəyişdirilməsi ilə bağlı qərar səlahiyyətlilərə 80 min avroya başa gələcək.