DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Konqresmen ABŞ-a BMT-dən çıxmağı təklif edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Mett Qaets həm də BMT-nin qərargahının ABŞ torpağından çıxarılmasını tələb edir.
Sputnik
BAKI, 25 fevral - Sputnik. ABŞ Birləşmiş Millətlər Təşkilatının strukturlarını maliyyələşdirməyi dayandırmalı, həmçinin bu assosiasiyadan çıxmalıdır.
“RİA Novosti” xəbər verir ki, bu təkliflə ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Mett Qaets çıxış edib.
Respublikaçı həm də BMT-nin qərargahının ABŞ torpağından çıxarılmasını tələb edir.
“Mən istəyirəm ki, bizim büdcəmizdə BMT üçün vəsait sıfır olsun. ABŞ BMT-ni, BMT isə ABŞ-ı tərk etməlidir” - o vurğulayıb.
Qaets buna səbəb kimi BMT-nin Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyini göstərib. Onun sözlərinə görə, BMT əməkdaşları "israillilərə hücum edib və onları öldürüblər".
Bundan əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə layihəsini növbəti dəfə bloklayıb.