DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Karlson Trampa qarşı bütün ittihamları gülünc adlandırıb

Men ştatının Ali Məhkəməsi ən azı federal Ali Məhkəmə öz rəyini bildirənə qədər Donald Trampın namizədliyini Respublikaçıların praymerizinə qaytarmaq qərarına gəlib.
Sputnik
BAKI, 25 fevral - Sputnik. Amerikalı jurnalist Taker Karlson bildirib ki, ABŞ-ın keçmiş Prezidenti Donald Trampa qarşı irəli sürülən bütün ittihamlar gülüncdür.
Bu barədə o, X* (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Hazırda Donald Trampa qarşı irəli sürülən ittihamlar istisnasız olaraq gülüncdür”, - Karlson bildirib.
Xatırladaq ki, Nyu-York məhkəməsi keçmiş Amerika liderini “Trump Organization” aktivlərinin qiymətləndirilməsində dələduzluqla bağlı mülki iş üzrə təqsirli bilib. Bundan əlavə, Tramp bir neçə işdə, o cümlədən 2020-ci ildə Kapitoliyə hücumla bağlı işdə iştirak edir.
Bundan əvvəl məlum olub ki, Men ştatının Ali Məhkəməsi ən azı federal Ali Məhkəmə öz rəyini bildirənə qədər Donald Trampın namizədliyini Respublikaçıların praymerizinə qaytarmaq qərarına gəlib.