BAKI, 25 fevral - Sputnik. Qərbin Rusiyaya strateji məğlubiyyət vermək istəyi real deyil və utopikdir.
Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Vətənin Müdafiəçisi Gününə həsr olunmuş təntənəli ziyafətdə deyib.
“Rusiyalılar vahid cəbhədə - ön və arxa cəbhədə qardaş dövlətimizin ərazisində yenidən ayağa qalxan nasizmə qarşı Vətən uğrunda ən mühüm döyüşü aparırlar. Heç kimə sirr deyil ki, bu cinayətkar ideologiya kənardan təşviq edilir və fəal şəkildə alovlanır”, - səfir qeyd edib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri “ən yüksək döyüş bacarığı və birlik nümayiş etdirərək”, “çoxsaylı hərbi şücaətlər” göstərərək və “ümumi qələbəmizi” yaxınlaşdıraraq, “dinc gələcək üçün etibarlı zəmin yaradacaq” mülki insanları qorumaqda davam edirlər”.
“Rusiya Silahlı Qüvvələrinin gücü qlobal strateji sabitliyin qorunmasında təməl daşı rolunu oynayır”, - Antonov vurğulayıb.
Qeyd edək ki, rusiyalıları Vətən Müdafiəçisi Günü münasibətilə təbrik edən Rusiya Prezidenti Vladimir Putin vurğulayıb ki, hazırda ölkə ordusu onun xüsusi fəxridir və Ukraynada keçirilən xüsusi əməliyyatın iştirakçıları “əsl milli qəhrəmanlar”dır.