ELM

Alimlər ağıllı bir insanın beş xarici əlamətini açıqlayıblar

Tədqiqata görə yüksək intellektə malik insanlar, adətən özünü reklam etməyə meylli deyillər və öz bilikləri ilə bağlı təvazökar olmağa üstünlük verirlər.
Sputnik
BAKI, 25 fevral — Sputnik. Qarşınızda bir insanın ağıllı olub-olmadığını anlamaq bəzən yalnız söhbətdən deyil, bir sıra xarici əlamətlərdən də mümkündür. Alimlər bu əlamətləri müəyyən ediblər.
İş masasının üstündəki qarışıqlıq bir insanın qeyri-adi qərarlar verə biləcəyini və aydın düşüncə tərzinə sahib olduğunu xəbər verən bir ağıl əlaməti ola bilər. Niderlanddakı Qroningen Universitetinin alimləri araşdırmalardan sonra belə bir nəticəyə gəliblər.
Mütəxəssislər iti zəkanı ağıllı bir insanın başqa bir əlaməti hesab edirlər.
Massaçusets İnstitutunun psixoloqları, inkişaf etmiş intellektə malik insanların zəngin söz ehtiyatına, sürətli reaksiyalara və kəskin zarafat etmək qabiliyyətinə malik olduqları barədə rəy bildiriblər. Həmçinin, yüksək intellekt çox vaxt gec yatanlarda özünü göstərir.
Ağıllı insanın başqa bir əlaməti həddindən artıq refleksiyadır. Refleksiya insanın öz düşüncələrini, hisslərini və duyğularını fərq etmək, davranışını və keçmiş təcrübələrini təhlil etmək qabiliyyətidir.
Tədqiqatlar sübut edir ki, yüksək intellektə malik insanlar, adətən özünü reklam etməyə meylli deyillər və öz bilikləri ilə bağlı təvazökar olmağa üstünlük verirlər.
Bundan əvvəl uzunömürlülərin qanının adi insanların qanından fərqli olduğu barədə məlumat verilmişdi.