BAKI, 23 fevral - Sputnik. Ağdamın “Qarabağ” klubu Portuqaliya “Braqa”sı üzərində ümumi hesabda 6:5 hesabı ilə dramatik qələbə qazanaraq tarixində ilk dəfə Avropa Liqasının 1/8 finalına yüksəlib.
Cümə axşamından cümə gününə keçən gecə Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda Ağdamın “Qarabağ” və Portuqaliyanın “Braqa” komandaları arasında Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunu keçirilib.
Portuqaliyada keçirilən ilk oyun ağdamlıların 4:2 hesablı qələbəsi ilə başa çatıb, Bakıda keçirilən cavab oyununda isə portuqallar 2:3 hesabı ilə qalib gəlsə də, daha da irəliləyən Azərbaycan çempionu olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.