BAKI, 23 fevral — Sputnik. KTMT Katibliyinə İrəvandan üzvlüyün dayandırılması ilə bağlı bəyanatlar daxil olmayıb. Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlaması görünür, bu ölkənin təşkilatın bir sıra tədbirlərində iştirak etməməsinə aiddir. Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibliyindən bildirilib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan "France24" telekanalına müsahibəsində Ermənistanla bağlı kollektiv təhlükəsizlik sazişinin yerinə yetirilmədiyini, İrəvanın KTMT-dəki iştirakını dondurduğunu bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, ölkəsi KTMT-də iştirakını dondurub, lakin Rusiya hərbi bazasının ölkə ərazisindən çıxarılması məsələsinə baxılmır.
Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazası barədə danışan Paşinyan qeyd edib ki, bu bazanın kollektiv təhlükəsizlik müqaviləsi ilə əlaqəsi yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.