TƏHSİL

BŞTİ-yə yeni müdir təyin olunub

Tədbirdə Bakı şəhəri üzrə təhsil müəssisələrində monitorinq və nəzarətin gücləndirilməsi, şagird davranış qaydalarının tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Sputnik
BAKI, 23 fevral — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) yeni müdir təyin olunub.
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə bu vəzifə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynovaya həvalə olunub.
Nərminə Hüseynovanı kollektivə elm və təhsil nazirinin müavini Həsən Həsənli təqdim edib.
Tədbirdə Bakı şəhəri üzrə təhsil müəssisələrində monitorinq və nəzarətin gücləndirilməsi, şagird davranış qaydalarının tətbiqi, tədris keyfiyyətinin artırılması və müəllimlərin sertifikatlaşdırma imtahanlarına hazırlığı məsələləri ilə bağlı müvafiq tapşırıqlar verilib.
Çıxış edən Nərminə Hüseynova öz növbəsində ona göstərilən etimada görə minnətdarlığını bildirib, qarşıya qoyulan hədəflərə çatmaq üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini söyləyib.
Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunan Nərminə Hüseynova BDU-nun Beynəlxalq münasibətlər ixtisasının bakalavr pilləsi üzrə 2011-ci il məzunudur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.