BAKI, 23 fevral — Sputnik. Kəşfiyyat xidmətinin əməkdaşları terrorçu qruplaşmalara sızaraq, ölkəyə silah və sursatların qanunsuz daxil olmasına mane olurlar. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
Lukaşenko fevralın 23-də yüksək rütbəli zabitlərə dövlət mükafatlarını təqdim edib.
"Bizdə sülh və əmin-amanlıq hökm sürür, çünki bizim uşaqlar öz həyatlarını riskə ataraq terrorçu qruplaşmalara sızır, ölkəyə silah və sursatların çatdırılmasına mane olur, xarici kəşfiyyat xidmətlərinin casusluq fəaliyyətinin qarşısını alırlar" - Lukaşenko deyib.
Prezident onlara xidmətlərinə görə təşəkkür edib.
"Sizinlə çiyin-çiyinə dayanaraq, doğma torpaqlarında sülhü və əmin-amanlığı qoruyan hər kəsə təşəkkür edirəm. Əsgərlərimiz bu gün əsl düşmənin yolunda bir maneə kimi dayanırlar. Onlar keçilməz divar kimi dayanır, diversantları operativ şəkildə müəyyən edib saxlayır, partlayıcı qurğuları aşkarlayırlar. Buna görə də Belarusa hibrid hücumlar tammiqyaslı qaynar müharibəyə çevrilməyib" - dövlət başçısı bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.