BAKI, 23 fevral — Sputnik. Rusiya Aİ-nin 13-cü sanksiyalar paketinə cavab olaraq ölkəyə girişi qadağan edilən İttifaq ölkələrininvətəndaşlarının qara siyahısını genişləndirib. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, onun tərkibinə Kiyevə hərbi yardım göstərməyə məsul olan Aİ vətəndaşları, habelə Rusiya rəsmilərinin təqibində iştirak edən və Rusiya dövlətinin əmlakının müsadirə edilməsini müdafiə edən şəxslər daxil edilib.
"Rusiya tərəfi qeyri-dost hərəkətlərə cavab olaraq, Rusiya Federasiyasını tərk etmək və Rusiya Federasiyasına daxil olmaq qaydası haqqında" 2010-cu ilin 15 avqust tarixli Federal Qanuna uyğun olaraq Avropa təsisatlarının və Aİ-yə üzv dövlətlərin nümayəndələrinin Rusiya ərazisinə giriş siyahısını xeyli genişləndirib" - XİN-dən bildirilib.
"Söhbət Aİ ölkələrinin hüquq-mühafizə orqanlarının və kommersiya təşkilatlarının nümayəndələrindən, Kiyevdəki neonasist rejiminə hərbi yardım göstərməyə cavabdeh olan Aİ-yə üzv ölkələrin vətəndaşlarından, Rusiya rəsmilərinin "qanunsuz" ittihamlarla Rusiya rəhbərliyinə qarşı "tribunal" yaratmaqla mühakimə olunmasında iştirak edən Avropa strukturlarının nümayəndələrindən, Rusiya dövlət əmlakının müsadirə edilməsini və ya onlardan əldə edilən gəlirlərin Ukraynanın maraqları üçün istifadə edilməsini müdafiə edən müvafiq materialların toplanması ilə məşğul olub, Rusiya əleyhinə sanksiyaların tətbiqini dəstəkləyənlərdən, ölkəmiz haqqında dezinformasiya yaymaqla Rusiyanın digər dövlətlərlə münasibətlərinə xələl gətirməyə çalışanlardan gedir" - Rusiya XİN-dən bildiriblər.
Rusiyaya qarşı sanksiyalar
© pravdanews.info
Bundan əlavə, "qadağa siyahısı"na Rusiyaya qarşı sistemli şəkildə aqressiv bəyanatlar verən Avropa Şurasının nümayəndələri, Avropa İttifaqı ölkələrinin qanunvericilik assambleyalarının üzvləri, ATƏT PA və AŞPA üzvləri də daxildir.
XİN Aİ-nin birtərəfli məhdudlaşdırıcı tədbirlər vasitəsilə Rusiyaya təzyiq göstərmək üçün nəticəsiz cəhdlərini davam etdirdiyini qeyd edib. Moskva Avropa İttifaqının bu cür hərəkətlərini qanunsuz, BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüquqi normativlərinə xələl gətirdiyini bildirir.
"Biz təsdiq edirik ki, Qərb ölkələrinin hər hansı qeyri-dost hərəkətlərinə vaxtında və adekvat cavab veriləcək" - nazirlik bildirib.
Bundan əvvəl Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib və bu paket çərçivəsində Çin, Şri-Lanka, Serbiya, Qazaxıstan, Tailand və Türkiyə kimi ölkələrdən 106 fiziki və 88 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.