BAKI, 22 fevral — Sputnik. Rusiya Adolf Hitler və Napoleon Bonapartı məğlub edən "hərbi maşın"dır.
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp bunu "Fox News" kanalındakı müsahibəsində bildirib.
O, həmçinin xatırladıb ki, Rusiya Federasiyası ABŞ-ın Avropadakı NATO müttəfiqləri ilə müqayisədə çox böyük bir ölkədir.
"Hitleri məğlub etdilər. Napoleonu məğlub etdilər. Bu, bir hərbi maşınıdır", – Tramp fikrini bildirib.
Beləliklə, Tramp Rusiya ilə Şimali Atlantika Alyansının avropalı müttəfiqləri arasındakı qarşıdurmanı şərh edib.
Keçmiş prezident əlavə edib ki, ABŞ-ın müttəfiqləri hazırda ABŞ-dan 150 milyard dollar geri qaldıqları üçün müdafiə xərclərini artırmalıdırlar.
Bundan əvvəl Tramp seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-ın Ukraynaya dəstəyini dayandıracağı bildirilirdi.