RUSİYA

Kremldəki komandanın Putinə münasibəti necədir?

Dmitri Peskov bildirib ki, prezidentin nöqteyi-nəzərini bölüşməyənin, sadəcə olaraq, onunla işləməyə mənəvi haqqı yoxdur.
Sputnik
BAKI, 22 fevral — Sputnik. Rusiya Federasiyasının dövlət başçısı ilə işləmək və onun nöqteyi-nəzərini bölüşməmək düzgün deyil. Hökumət üzvləri və prezident administrasiyasının əməkdaşları onun ideologiyasının və mövqeyinin ən qatı müdafiəçiləridir.
Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Dövlət başçısı ilə işləmək, onun mətbuat katibi olmaq və onu tam dəstəkləməmək, onun ideologiyasını bölüşməmək, fikrini bölüşməmək – bu yanlışdır. Bu yanlışdır və mən hesab edirəm ki, prezidentin nöqteyi-nəzərini bölüşməyənin, sadəcə olaraq, onunla işləməyə mənəvi haqqı yoxdur" - o, "International Reporters" Xəbər Agentliyinə müsahibəsində bildirib.
Peskov qeyd edib ki, "nəhəng bir insan komandası" – bura hökumət üzvləri və onun administrasiyasının əməkdaşları da daxildir - "hamısı öz prezidentlərinin və onun mövqeyinin ətrafında cəmləşiblər" və onlar prezidentin ideologiyasının və mövqeyinin ən inamlı müdafiəçiləridir.