BAKI, 22 fevral - Sputnik. Samir Rzayev AZAL-ın prezidenti təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Samir Musa oğlu Rzayev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.
Qeyd edək ki, dövlət başçısının digər Sərəncamı ilə Samir Musa oğlu Rzayev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.
Xatırladaq ki, Cahangir Əsgərov ötən ilin sentyabrında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. Sərəncamla quruma yeni prezident təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası o vaxt birinci vitse-prezident olan Samir Rzayevə həvalə edilmişdi.
01.09.23, 19:22
Cahangir Əsgərov vəzifəsindən azad edilib
Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.
Cahangir Əsgərov 15 iyul 1996-cı ildə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru vəzifəsinə təyin edilib. 1 may 2008-ci ildən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti idi.
Əsgərov Cahangir Cəlal oğlu 1950-ci il iyul ayının 11-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub.