DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropada heç kim Ukraynanın qələbəsinə inanmır - Orban

Siyasətçi qeyd edib ki, Ukraynadakı münaqişə yaxın gələcəkdə bitməyəcək və Aİ-nin üzərinə düşən maliyyə yükü ancaq artacaq.
Sputnik
BAKI, 22 fevral — Sputnik. Avropada Ukraynanın hazırkı münaqişədə qalib gələcəyinə artıq heç kim inanmır.
Bu barədə "Magyar Nemzet" nəşri Macarıstanın Baş naziri Viktor Orbanın söylədiklərinə istinadən xəbər verib.
Siyasətçinin fikrincə, Ukraynada hərbi əməliyyatlar yaxın gələcəkdə dayanmayacaq və Kiyev rejimini dəstəkləməkdən Avropa İttifaqının (Aİ) üzərinə düşən maliyyə yükü daha da artacaq.
"Ukraynalılara dəstək böyük siyasi qiymətə başa gəlir. Bütün Avropada fermerlər üsyan edir və heç kim Ukraynanın qələbəsinə inanmır" – nəşr siyasətçinin sözlərindən sitat gətirir.
Orban həmçinin xəbərdarlıq edib ki, ABŞ 2024-cü ilin sonuna planlaşdırılan prezident seçkiləri ilə əlaqədar Ukraynanın maliyyələşdirilməsini azaldacaq.
Bu yaxınlarda siyasətçi qeyd edib ki, Aİ ölkələri Ukrayna Silahlı Qüvvələrinin (USQ) döyüş meydanında qalib gəlməsi üçün Ukraynaya kifayət qədər pul verməyə gücü çatmaz. Eyni zamanda, onun sözlərinə görə, avropalılar öz hakimiyyətlərinin Kiyev rejimini dəstəkləmək istəyindən narazıdırlar.