BAKI, 22 fevral - Sputnik. ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində paylaşım edilib.
Syu Biniazini noyabrda Bakıda COP29-un uğurla keçirilməsinə ABŞ-ın dəstəyini vurğulamaq üçün hökumət rəsmiləri ilə görüşəcək.
O, həmçinin ADA Universitetində iqlim böhranının həlli üzrə beynəlxalq əməkdaşlıq mövzusunda keçirələcək tədbirdə çıxış edəcək.