RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

SIPRI Avropanın ABŞ olmadan Ukraynaya kömək edə bilmədiyini etiraf edib

Stokholm Sülh Problemlərinin Tədqiqi Institutunun (SIPRI) direktoru Den Smitin sözlərinə görə, Brüsselin dəstəyi Ukraynanın istəklərini ödəmək və döyüş meydanında qələbə qazanmaq üçün kifayət deyil.
Sputnik
BAKI, 21 fevral — Sputnik. Avropa Vaşinqtonun iştirakı olmadan Ukraynaya tam hərbi və maliyyə yardımı göstərə bilməyəcək.
Bu fikri "İzvestiya" ilə söhbətində Stokholm Sülh Problemlərinin Tədqiqi Institutunun (SIPRI) direktoru Den Smit bildirib.
Onun sözlərinə görə, Brüsselin dəstəyi Ukraynanın istəklərini ödəmək və döyüş meydanında qələbə qazanmaq üçün kifayət deyil.
Qərbdə isə hələ də Rusiyanı Ukraynada məğlub etməyə ümid edir, eyni zamanda, 2024-cü ildə buna inanmamaq lazım olduğunu anlayırlar.
Bundan əvvəl RF Silahlı Qüvvələri Baş Qərargahı Baş Əməliyyat Idarəsinin rəisi, Baş Qərargah rəhbərinin birinci müavini general-polkovnik Sergey Rudskoy USQ-nin Qərbin köməyi ilə yeni əks-hücumunun mümkünlüyünü istisna etməyib.