RUSİYA

Patruşev: Rusiya 2023-2024-cü illər mövsümündə 70 milyon tona qədər taxıl ixrac edəcək

Rusiya Federasiyasının Kənd Təsərrüfatı Naziri Patruşev artıq yaz-tarla işlərinə başlanıldığını bildirib.
Sputnik
BAKI, 21 fevral — Sputnik. 2024-cü ilin sonuna qədər Rusiya xaricə 70 milyon tona qədər taxıl tədarük etməyi planlaşdırır.
Kremlin mətbuat xidməti xəbər verib ki, bu barədə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Dmitri Patruşev ölkə Prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.
Nazirin sözlərinə görə, əkin mövsümü əvvəlki qaydada davam etməlidir - rusiyalı fermerlər bütün lazımi istehsal vasitələri ilə təmin olunublar.
Patruşev artıq yaz-tarla işlərinə başlanıldığını bildirib. Onun sözlərinə görə, cari kənd təsərrüfatı ilində əkin sahəsi 300 min hektar artırılıb və bu rəqəmin 84,5 milyon hektara çatacağı gözlənilir. Bu il qış məhsulu üçün əkin sahələrinin ümumi sahəsi 20 milyon hektardır, əkin sahələrinin 94 faizindən çoxu yaxşı və qənaətbəxş vəziyyətdədir.
Bundan əvvəl Rusiya Taxıl İttifaqının rəhbəri Arkadi Zloçevski 2024-cü ildə Rusiya Federasiyasında taxıl yığımının 145 milyon ton olacağını proqnozlaşdırmışdı.