BAKI, 21 fevral — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan və xanımı iki günlük işgüzar səfərlə Fransaya gediblər.
Hökumətin mətbuat xidmətinin məlumatına görə, Paşinyan fevralın 21-də Fransa Prezidenti Emmanuel Makronla görüşəcək, axşam isə iki dövlətin başçıları həyat yoldaşları ilə birlikdə Fransanın milli qəhrəmanı, Müqavimət Partiyasının üzvü olan Misak Manuşyan və həyat yoldaşı Meline Manuşyanın Panteonda yenidən dəfn mərasimində iştirak edəcəklər.
Mətbuat xidməti xəbər verir ki, işgüzar səfər çərçivəsində Paşinyan Fransa Senatının rəhbəri, baş nazir, eləcə də Paris meri ilə də görüşəcək.