CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kamil Zeynallı sərbəst buraxılıb

Kamil Zeynallının saxlanılması onun Ermənistan tərəfdən axtarışa verilməsi ilə əlaqədar idi.
Sputnik
BAKI, 21 fevral - Sputnik. Kamil Zeynallı sərbəst buraxılıb.
Bu barədə "Report"a açıqlamasında onun vəkili Ələkbər Qarayev bildirib.
Qeyd edək ki, Kamil Zeynallı ötən gün Moskvada saxlanılıb. Məlumata görə, Kamil Zeynallının saxlanılması onun Ermənistan tərəfdən axtarışa verilməsi ilə əlaqədar idi.
***
Ermənistan Daxili İşlər Nazirliyi Kamil Zeynallını beynəlxalq axtarışa verdiyini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Ermənistan tərəfi onu qətldə ittiham etsə də, söhbətin hansı hadisədən getdiyini açıqlamayıb.
Xatırladaq ki, azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı bu gecə Ermənistanın tələbi ilə Moskvada saxlanılıb.
***
Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.
Nazirlikdən bildirilib ki, Kamil Zeynallıya müvafiq konsulluq-hüquqi yardım göstərilir.
Qeyd edək ki, məşhur fitnes məşqçisi, zaman-zaman qalmaqallı hadisələrlə gündəmə gələn sosial şəbəkə fenomeni Kamil Zeynallı Rusiyada saxlanılıb. Bu barədə o, özünün Instagramdakı hesabında bildirib.
"Azərbaycana gəlirdim. Rusiyanın Domodedovo şəhər aeroportunda polislər məni saxlayıb bölməyə gətirdilər. Dedilər ki, Ermənistan məni beynəlxalq axtarışa verib. Bildirdilər ki, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib səni burdan aparacaqlar. Səhər məhkəmə qarşısına çıxarılacağam" - o yazıb.
K.Zeynallı bildirib ki, o, ötən ilin mayından axtarışa verilib: "Lakin maydan indiyədək 3-cü dəfədir, Rusiyaya gəlib-gedirəm, indi həbs elədilər. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olacaqlar. Qoymazlar ki, məni onlara təhvil versinlər. Hazırda polis bölməsindəyəm. Gözləyirəm, inşallah yaxşı olar".
***
Məşhur fitnes məşqçisi, zaman-zaman qalmaqallı hadisələrlə gündəmə gələn sosial şəbəkə fenomeni Kamil Zeynallı Rusiyada saxlanılıb.
Bu barədə o, özünün Instagramdakı hesabında bildirib.
“Azərbaycana gəlirdim. Rusiyanın Domodedovo şəhər aeroportunda polislər məni saxlayıb bölməyə gətirdilər. Dedilər ki, Ermənistan məni beynəlxalq axtarışa verib. Bildirdilər ki, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib səni burdan aparacaqlar. Səhər məhkəmə qarşısına çıxarılacağam” - o yazıb.
K.Zeynallı bildirib ki, o, ötən ilin mayından axtarışa verilib:
“Lakin maydan indiyədək 3-cü dəfədir, Rusiyaya gəlib-gedirəm, indi həbs elədilər. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olacaqlar. Qoymazlar ki, məni onlara təhvil versinlər. Hazırda polis bölməsindəyəm. Gözləyirəm, inşallah yaxşı olar”.