DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Neuralink" çipi olan ilk insanın yeni bacarığı

İlon Mask xəstənin vəziyyəti və yeni bacarığı haqqında danışıb.
Sputnik
BAKI, 20 fevral — Sputnik. "Neuralink" beyin çipi implantasiya edilmiş şəxs özünü yaxşı hiss edir. O, kompüterin maus kursorunu fikir gücü ilə idarə etməyi öyrənib. Bu barədə "Reuters" startapın yaradıcısı İlon Maskın sözlərinə istinadən yazıb.
"İrəliləyiş yaxşıdır və xəstənin tam sağaldığı görünür. Bizim bildiyimiz heç bir yan təsir yoxdur. Xəstə, sadəcə düşünməklə kompüterin maus kursorunu ekranın ətrafında hərəkət etdirə bilİr" – Mask deyib.
Hazırda həmin şəxs müxtəlif testlərdən keçməyə davam edir.
Onun fikir vasitəsi ilə kompüterin maus kursorunu mümkün qədər çox basmasına nail olmağa çalışırlar. Daha əvvəl Mask xəstənin müayinəsinin ilkin nəticələrinin "neyron sıçrayışlarının (neuron spike) perspektivli aşkarlandığını" bəyan edib.
Xatırladaq ki, "Neuralink" 2024-cü ilin yanvar ayının sonunda neyrotexnologiya sahəsində bir irəliləyiş elan edib. Şirkətin implantasiya edilə bilən çipi ilk dəfə olaraq insan beyninə implantasiya edilib. Əvvəllər "Neuralink" yalnız heyvanlar, o cümlədən meymunlarla belə təcrübələr aparmışdı.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin İlon Maska münasibətindən və onun şirkətlərinin təcrübələrindən söhbət açmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.