RUSİYA

MDB müşahidəçilərinin Rusiyadakı seçkilərdə iştirakı müzakirə olunub

Rusiya Federasiyasında prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edilib.
Sputnik
BAKI, 20 fevral - Sputnik. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Yevgeni İvanov MDB baş katibinin müavini İlhom Nemətov ilə Rusiya Federasiyasının prezident seçkilərində MDB müşahidəçilər missiyasının yerləşdirilməsinin müxtəlif aspektlərini müzakirə edib. Bu barədə Rusiya XİN-in məlumatında deyilir.

“Bu məqsədlə fevralın 19-da Moskvada öz qərargahını açan MDB müşahidəçi missiyasının Rusiya Federasiyasında yerləşdirilməsinin müxtəlif aspektləri müzakirə edilib” - XİN-dən bildirilib.

Nemətov Rusiya Federasiyasına seçkiləri müşahidə etmək üçün dəvətə görə təşəkkür edib, missiyanın iş planları barədə məlumat verib, Rusiyada səsvermənin ən yüksək səviyyədə keçəcəyinə əminliyini bildirib.
O, həmçinin özünün və həmkarlarının Rusiya Federasiyasının prezident seçkilərinin qərəzsiz qiymətləndirilməsində obyektivliyin təmin edələcəyini bildirib.

"İvanovun sözlərinə görə, MDB-dən olan müşahidəçilərə öz funksiyalarını yerinə yetirmək üçün lazımi köməklik göstəriləcək", - Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamenti əlavə edib.

Qeyd edək ki, Rusiya Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart.
Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı vəzifəsinə mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.