VİDEO

Aİ-yə üzv olan ölkələrin bir çoxu böyük problemlərlə üzləşib

Ekspert ölkələrin müxtəlif iqtisadi ittifaqlara daxil olmasına rəvac verən səbəblərdən və bunun mümkün nəticələrindən danışıb.
Sputnik
BAKI, 20 fevral — Sputnik. "Son vaxtlar hansı ölkələrin Avropa İttifaqına (Aİ) üzv olmasına baxsaq, görərik ki, bu ölkələrin bir çoxu böyük problemlərlə üzləşib". Bunu iqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru Emin Qəribli Sputnik Azərbaycan-a müsahibəsində deyib.
Onun sözlərinə görə, əsas problem ondan ibarətdir ki, burada ölkələrin iqtisadiyyatının inkişaf dərəcəsində fərq var.
Ekspertin fikrincə, əgər Aİ-yə ilk növbədə Almaniya, Fransa və eyni inkişaf səviyyəsində olan ölkələr daxil idisə, bu gün biz Yunanıstan və digər Şərqi Avropa dövlətləri kimi inkişafdan geri qalan və problemlərlə üzləşən ölkələri də görürük:

"Buna görə də Ukrayna iqtisadiyyatına güclü investisiya axınının olacağını düşünmürəm. Mən bunun olacağına şübhə edirəm. Təbii ki, Ukraynanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olacağı təqdirdə onun bütün problemlərinin həll olunacağını da düşünmürəm. Bu da doğru deyil".

"Ancaq bunun istisnaları da var. Belarusu misal gətirək. Ölkə Aİİ-yə daxil olduqdan sonra böyük uğurlar əldə edib. Lakin Ukraynaya gəlincə, onun iqtisadiyyatının strukturunu və həcmini götürsək, bu ölkə fərqlidir. Əgər Ukrayna Aİİ yolunu seçsəydi, düşünmürəm ki, iqtisadi inkişafı dinamik olardı" - Qəribli deyib.
Ekspert hesab edir ki, bu gün inteqrasiya prosesinə başlamaq üçün regional ölkələr arasında əməkdaşlığa başlamaq lazımdır. Bu əməkdaşlıq bağları yaransa, hansı ittifaqa üzv olmaq barədə düşünmək olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.