BAKI, 19 fevral — Sputnik. Qusarda VII sinifdə oxuyan şagirdin qızılcadan öldüyü təsdiqlənməyib. Qusar şəhər 4 nömrəli tam orta məktəbdən Sputnik Azərbaycan-a bildiriblər ki, Naida Yarəhmədova Namiq qızı Bakıda qan xərçəngindən dünyasını dəyişib.
Məktəbdən bildiriblər ki, N.Yarəhmədova məktəbin çalışqan, tərbiyəli şagirdlərindən olub. Son zamanlar o, səhhətində yaranmış problemlə əlaqədar Bakıya müalicəyə aparılıb. Amma məktəbliyə qan xərçəngi diaqnozu qoyulduğundan onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Qusar şəhər 4 nömrəli tam orta məktəbin VII "A" sinfində təhsil alan Naida Yarəhmədova Namiqovna 17.02.2024-cü il tarixində dünyasını dəyişib. Onun yüksək hərarətdən sonra qızılcadan öldüyü barədə KİV-də məlumatlar yayılıb.