RUSİYA

Putin Avropa ölkələrinin Rusiyadan qaz almaqdan imtina etməsinə münasibət bildirib

Rusiya lideri Vladimir Putin Avropa ölkələrinin Rusiya Federasiyasından qaz almaqdan imtina etməsinə münasibətini açıqlayıb.
Sputnik
BAKI, 19 fevral - Sputnik. Rusiya lideri Vladimir Putin Avropa ölkələrinin Rusiya Federasiyasından qaz almaqdan imtina etməsinə münasibət bildirib və Rusiyanın onlarsız da öhdəsindən gələcəyini vurğulayıb.
Bunu Rusiya dövlət başçısı Pavel Zarubinə müsahibəsində deyib.
“Qoy onlar özləri qərar versinlər. Ehtiyacları varsa, götürsünlər, lazım deyilsə, biz onlarsız da keçinərik”, - Rusiya prezidenti bildirib.
Bundan əlavə, Putin qeyd edib ki, Rusiya tərəfi Avropanın RF-dən qazın alınmasını dayandırdıqdan sonra bunun öhdəsindən gəlir. Onun sözlərinə görə, bunun üçün başqa marşrutlardan istifadə olunur və öz qazlaşdırmamızla bağlı işlər gedir.
Bu həftənin əvvəlində məlum olub ki, Avropa İttifaqı bu ilin sonunda başa çatan Rusiya qazının Ukrayna ərazisindən tranzitinin uzadılmasında maraqlı deyil.
Vladimir Putin qeyd edib ki, Rusiya Federasiyası “Şimal axını 2” qaz kəmərinin zədələnməmiş borusu vasitəsilə Avropaya qaz tədarük etməyə hazırdır, lakin Almaniya onu açmır.