CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güzəştli ipoteka kreditləri üçün müraciətlərin qəbuluna başlanılır

Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 02.02.2024-cü il tarixindən başlanılıb və hazırda proses davam etdirilir.
Sputnik
BAKI, 19 fevral — Sputnik. İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2024-cü il üzrə güzəştli ipoteka kreditlərinin verilməsi üçün müraciətlərin qəbuluna başlayır.
Sputnik Azərbaycan Fonda istinadən xəbər verir ki, müraciətlər 23.02.2024-cü il saat 11:00-dan etibarən Elektron Hökumət Portalına (www.e-gov.az) inteqrasiya edilmiş "Elektron ipoteka və kredit zəmanət" sistemi vasitəsilə real vaxt rejimində qəbul ediləcək.
İpoteka kreditləşməsinin şərtləri və elektron sistemdən istifadə ilə bağlı məlumatları Fondun internet səhifəsindən (https://mcgf.gov.az/menu/205) və rəsmi Youtube kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu) əldə etmək olar.
Xatırladaq ki, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 02.02.2024-cü il tarixindən başlanılıb və hazırda proses davam etdirilir.