BAKI, 19 fevral — Sputnik. Rusiyalı deputat Mixail Şeremet Amerika lideri Co Baydeni jurnalist Dmitri Kiselyovla müsahibəyə gecikməməyə və razılaşmağa çağırıb.
"RİA Novosti" bu barədə yazıb.
"ABŞ prezidentini rusiyalı jurnalist Dmitri Kiselyova cavab verməkdən çəkinməməyə və müsahibəyə razı olmağa çağırıram" — Dövlət Dumasının deputatı belə söyləyib.
Şeremet, Baydenin qərarının ABŞ-ın bütün siyasi sistemi üçün demokratiya testi olacağını vurğulayıb.
Əgər Amerika lideri müsahibəyə razılıq verərsə, o, müstəqil siyasətçi olduğunu, hərbi-sənaye korporasiyalarının idarə etdiyi marionet kukla olmadığını bütün dünyaya nümayiş etdirəcək.
Qeyd edək ki, "Rossiya seqodnya" Beynəlxalq Media Qrupunun baş direktoru Dmitri Kiselyov ABŞ prezidenti ilə müsahibə üçün sorğu göndərdiyini bildirib.
Bundan əvvəl Şeremet Baydenə Rusiya lideri Vladimir Putindən nümunə götürməyi və Rusiya jurnalistinə müsahibə verməyi məsləhət görmüşdü.
Putinin Taker Karlson ilə müsahibəsi iki saat altı dəqiqə davam edib. Xüsusilə, prezident amerikalı jurnalistə Ukrayna münaqişəsi, Rusiyanın ABŞ və Şimali Atlantika Alyansı ilə münasibətləri barədə danışıb.