HADİSƏ

Xaçmazda ağır yol qəzası olub, 5 nəfər xəsarət alıb

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Sputnik
BAKI, 18 fevral - Sputnik. Xaçmaz rayonunun Ləcət kəndində “VAZ-2190” və “Volkswagen” markalı minik avtomobilləri toqquşub.
"Report"un məlumatına gorə, hadisə nəticəsində avtomobillərin sürücüləri və sərnişinlər, Bakı şəhər sakinləri: - 1957-ci il təvəllüdlü Əmrahov Nazim Qasım oğlu, qardaşı, 1959-cu il təvəllüdlü Əmrahov Fariz Qasım oğlu, Xaçmaz rayon sakinləri - 2000-ci il təvəllüdlü Adışirinov Muradxan Elbrusoviç, 1997-ci il təvəllüdlü Adilxanov Murad Xanlaroviç və 2001-ci il təvəllüdlü Əhmədxanov Nasir Nərimanoviç müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
26.03.23
Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmazın Qusarçay kəndindən keçən hissəsində "VAZ-21012" markalı minik avtomobili ilə "SKODA" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 1985-ci il təvəllüdlü Daşdəmirov Nazxanım Soltanəli qızı, 2011-ci il təvəllüdlü Daşdəmirova Lamiyyə Mansur qızı, 1981-ci il təvəllüdlü Qasımova Naidə Əliskəndər qızı və 1991-ci il təvəllüdlü Zülfüqarov Alim Aydın oğlu müxtəlif dərəcəli xəsarət alıblar (Report).
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qəza törədən avtomobillərdən birinin toy karvanına aid olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.