BAKI, 18 fevral — Sputnik. Amerika Birləşmiş Ştatları dağılır.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp Miçiqan ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.
“Baxın, ölkəmiz dağılır. Biz üçüncü dünya ölkələri kimiyik, onlar bizim hava limanlarımıza diqqət yetirməlidirlər. Bizim hava limanlarımıza baxın. Demək istəyirəm ki, onlar necə də pis gündədirlər”.
Qeyd edək ki, daha öncə Tramp ABŞ-nin hazırkı lider Cozef Bayden administrasiyasının siyasətinə görə cəhənnəmə sürükləndiyini söyləmişdi.
15.02.24
Amerika arzusu Birləşmiş Ştatlar üçün mümkünsüzə çevrilib.
Bu sözləri ABŞ-ın keçmiş Prezidenti Donald Tramp mitinqlərinin birində deyib.
Siyasətçinin sözlərinə görə, onun administrasiyası dövründə ABŞ vətəndaşları daha yaxşı yaşayırdılar. Hazırda isə ölkə sözün əsl mənasında cəhənnəmə doğru gedir.
"Çoxdandır ki, Amerika arzusu haqqında eşitməmisiniz, hazırda bu, Amerika kabusudur" - Donald Tramp belə deyib.
Xatırladaq ki, siyasətçi Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq niyyətindədir. Əgər o, yeni lider seçilərsə, bu zaman Tramp Ukrayna lideri Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə danışıqların təşkili imkanlarını müzakirə edəcək.