NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

RF lideri Türkiyəni enerji resurları ticarətində ən etibarlı tərəfdaş adlandırıb

Daha əvvəl Vladimir Putin bildirib ki, Ukrayna qaz tranziti üçün pul almağa davam edir, lakin Rusiyanı təcavüzkar adlandıraraq münaqişə ritorikasını dayandırmır.
Sputnik
BAKI, 18 fevral - Sputnik. Türkiyə enerji resursları sahəsində əməkdaşlıq məsələsində Rusiyanın ən etibarlı tərəfdaşıdır.
Rusiya Prezidenti Vladimir Putinin bunu jurnalist Pavel Zarubinlə söhbətində söyləyib.
“Onlar hər zaman deyirdilər: Rusiya vermir, Rusiya məhdudlaşdırır. Biz heç nəyi məhdudlaşdırmırıq! Hamıya veririk, buyurun. Türklər ən etibarlı tərəfdaş oldular. “Türk axını” vasitəsilə işlər qaydasında gedir” – Rusiya prezidenti bildirib.
Uzunluğu, təxminən 1,1 min kilometr olan “Türk axını” boru kəməri Krasnodar diyarının Anapa bölgəsindən Qara dənizin dibi ilə Türkiyənin Avropa hissəsinə qədər uzanır. Layihə 2020-ci ildə istifadəyə verildiyi vaxtdan Türkiyə qaz vasitəçisi kimi imkanlar əldə edib. Bundan əlavə, “Türk axını” Cənubi və Cənub-Şərqi Avropa üçün qaz tədarükünün əlçatanlığını artırıb.
Daha əvvəl Vladimir Putin bildirib ki, Ukrayna qaz tranziti üçün pul almağa davam edir, lakin Rusiyanı təcavüzkar adlandıraraq münaqişə ritorikasını dayandırmır.