DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Orban: Macarıstan özünün Ukrayna münaqişəsinə cəlb olunmasına imkan verməyəcək

Orbanın sözlərinə görə, Brüsselin Ukrayna ilə bağlı strategiyası iflasa uğrayıb.
Sputnik
BAKI, 18 fevral — Sputnik. Macarıstan özünün Ukrayna ərazisində hərbi münaqişəyə cəlb olunmasına imkan verməyəcək.
“TASS” xəbər verir ki, bu barədə ölkənin baş naziri Viktor Orban məlumat verib.
Macarıstan lideri bildirib ki, Budapeşt iqtisadi blokadalarla birlikdə yeni soyuq müharibəni təşkil edən anti-Rusiya sanksiyalarının tətbiqinə qarşıdır.
Orbanın sözlərinə görə, Brüsselin Ukrayna ilə bağlı strategiyası iflasa uğrayıb. O vurğulayıb ki, Macarıstan Aİ liderlərinin Avropanı keçmiş sovet respublikası ərazisində hərbi münaqişəyə sürüklədiyi bir vaxtda Ukraynadakı vəziyyətin sülh yolu ilə həllinin tərəfdarıdır.
“Böyük güclər bunu bəyənməsələr də, Budapeşt Ukraynaya silah tədarük etməyəcək”, - deyə baş nazir sözünü yekunlaşdırıb.
Daha əvvəl bildirilmişdi ki, Macarıstan Aİ-nin Rusiyadan onlarla fiziki və hüquqi şəxsə təsir edə biləcək yeni sanksiyalar paketini bloklayıb.
27.10.23
Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında əks-hücum strategiyası uğursuzluğa düçar olub, hərbi ekspertlər bunu etiraf edirlər, lakin siyasətçilər hələlik bu barədə açıq danışmaq istəmirlər. Bunu Macarıstanın Baş naziri Viktor Orban "Kossuth" radiosunun səhər proqramı zamanı Avropa İttifaqının iki günlük sammitinin nəticələri ilə bağlı bildirib.

"Plana görə, Ukrayna müdafiə müharibəsi aparmalı idi və biz Avropa İttifaqı ona pul və hərbi yardım etməli idik. Bir neçə ay əvvəl Ukrayna əks-hücumunun başladığı nıelan etdi. Əgər bu məqsəd gerçəkləşsəydi, cəbhə xəttində qalib gəlsəydilər, o zaman pul istəmək olardı, amma bu strategiya uğursuzluğa düçar olub", - Orban deyib.

O qeyd edib ki, hərbi ekspertlər artıq bu faktı etiraf edirlər, lakin siyasətçilər hələlik bu barədə açıq danışmağa cəsarət etmirlər.
"Deməyə utanırlar, amma alınmadı. Aydındır ki, ukraynalılar qalib gəlməyəcək, rusiyalılar isə cəbhədə məğlubiyyətə uğramayacaqlar. Şübhə yoxdur ki, Rusiya prezidenti Vladimir Putin uğursuzluğa imkan verməyəcək", - Macarıstanın baş naziri bildirib.
O əlavə edib ki, belə bir vəziyyətdə dayanıb Ukrayna ilə bağlı B planını tərtib etmək lazımdır.
Orban həmçinin qeyd edib ki, Macarıstan Aİ rəhbərliyinin tələblərinə zidd olaraq, vergi ödəyicilərinin vəsaitlərini Ukraynaya hərbi yardım göstərməyə yönəldə bilməz və bunu istəmir.
Avropanın "Politico" nəşri diplomatik mənbəyə istinadən yazıb ki, Brüsseldə keçirilən sammitdə Aİ liderləri Macarıstan və Slovakiyanın mövqeyinə görə Ukraynaya 2024-2027-ci illər üçün 50 milyard avro məbləğində maliyyə ayrılması barədə razılığa gələ bilməyiblər.
Məlumata görə, Macarıstanın baş naziri Viktor Orban sammitdə Aİ-nin Ukraynaya dəstəyinin nəticə vermədiyini, Slovakiya hökumətinin başçısı Robert Fiko isə Ukraynadakı korrupsiya problemlərinə toxunub.
Nəşr qeyd edir ki, Ukraynanın Avropa İttifaqının çoxillik büdcəsinə dəyişikliklərin bir hissəsi kimi maliyyələşdirilməsi bütün 27 iştirakçı ölkənin dəstəyini tələb edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.