DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Xorvatiya sakini daha yaxşı həyat axtarışında Belarusa yollanıb, amma...

Hazırda müvəqqəti saxlama təcridxanasında olan sərhəd pozucusunu cərimə və deportasiya gözləyir.
Sputnik
BAKI, 17 fevral - Sputnik. Belarus və ya Rusiyada özünə daha yaxşı həyat şəraiti tapmaq istəyən Xorvatiya vətəndaşı Belarus sərhədini qanunsuz keçdiyi üçün saxlanılıb. Bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin məlumatında deyilir.
Bildirilir ki, fevralın 15-də Qrodno vilayətində Belarus-Litva sərhədi yaxınlığında sərhədçilər bir nəfəri saxlayıblar.

"O, Litvadan Belarusa dövlət sərhədini qanunsuz keçib. Sözlərə görə, əcnəbi Xorvatiya vətəndaşıdır” - deyə idarənin Telegram kanalında dərc olunan məlumatda bildirilir.

Kişinin üzərində əşyalar, bıçaq və pul olan iki kürək çantası olduğu qeyd edilir.
“İş və daha yaxşı yaşayış şəraiti axtarmaq üçün edilən belə qeyri-qanuni “səyahət”in son nöqtəsi Belarusiya və ya Rusiya Federasiyası olub” - məlumatda bildirilir.
Saxlanılan şəxs barəsində dövlət sərhədini və olma qaydalarını pozduğuna görə inzibati proses başlanıb.

"Saxlanılan şəxsi cərimə və deportasiya gözləyir. Hazırda o, müvəqqəti saxlama təcridxanasındadır".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.