BAKI, 17 fevral - Sputnik. Almaniya kansleri Olaf Şolts Bakı ilə İrəvan arasında danışıqların tezliklə başa çatmasının tərəfdarı olduğunu bildirib və onların fikir ayrılıqlarını sülh yolu ilə həll etmək istəklərini qiymətləndirib. Almaniya Nazirlər Kabinetinin məlumatına görə, Şolts Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra müvafiq bəyanatla çıxış edib.
Şoltsun sözlərinə görə, Almaniya və Avropa bu prosesə öz imkanları daxilində, o cümlədən Avropa Şurasının rəhbəri Şarl Mişelin səyləri ilə dəstək verməyə hazırdır.
“Kansler mövcud fikir ayrılıqlarının və həll olunmamış məsələlərin müstəsna olaraq sülh yolu ilə və güc tətbiq etmədən həllinə dair hər iki tərəfin bu gün ifadə etdiyi razılaşmanı müsbət qiymətləndirib” - Almaniya Nazirlər Kabinetinin məlumatında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.