VİDEO

Şəbəkə sənəti: milli zinət əşyaları necə hazırlanır

Şəbəkə üslubunda hazırlanmış zinət əşyaları bu gün də ən dəblilərdən hesab olunur. İçərişəhərdə sənətkarlar xalq ənənələrini təcəssüm etdirən əl işlərini yaradırlar. Daha ətraflı videomuzda izləyə bilərsiniz.
Sputnik
Hər bir Şərq qadınının həyatında zinət əşyasının olması təkcə maddi zənginliyin simvolu deyil, həm də uzun illər üçün talismandır. Rəssam-zərgər Emil Almazov uzun illərdir ki, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində zərif şəbəkə üslubunda hazırlanmış zinət əşyalarının yaradılması üzərində çalışır.
Almazovun sözlərinə görə, şəbəkənin hazırlanması üçün son dərəcə yüksək keyfiyyətli gümüş lazımdır, əks halda hörmə naxış ya yanır, ya da sadəcə alınmır.