BAKI, 17 fevral - Sputnik. Xalq diplomatiyası getdikcə dünya siyasətinin dinamik sferası kimi özünü təsdiq edir və dövlətlər və xalqlar arasında etimadın və qarşılıqlı anlaşmanın təmin edilməsində mühüm rol oynayır.
Postsovet məkanında ictimai diplomatiya ilə məşğul olan aparıcı təşkilatlardan biri Avrasiya Xalqları Assambleyasıdır. Avrasiya Xalqları Assambleyasının əsas məqsədi çoxtərəfli əməkdaşlığın və xalq diplomatiyasının inkişafı yolu ilə sülh və harmoniyanın təşviqi naminə mənəvi-əxlaqi prinsiplərə əsaslanan xalqların böyük Avrasiya tərəfdaşlığının ictimai inteqrasiya modelinin formalaşdırılmasıdır.
Fevralın 20-də saat 15.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Assambleyanın Azərbaycanın qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində hansı təşəbbüsləri həyata keçirdiyindən danışılacaq
Mətbuat konfransında Avrasiya Xalqları Assambleyasının baş katibi Andrey Yuryeviç Belyaninov və Avrasiya Xalqları Assambleyası baş katibinin müavini Valeri Davydoviç Ruzin iştirak edəcəklər.
Tədbir Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında yerləşən Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.