DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İqlim dəyişikliyi üzündən qütb ayıları aclıq riski altındadır

Buzların əriməsi səbəbindən qütb ayıları hazırda ilin təqribən 130 gününü quruda keçirirlər.
Sputnik
BAKI, 17 fevral — Sputnik. ABŞ alimləri müəyyən ediblər ki, qlobal istiləşmə ilə əlaqədar dəniz buzunun sürətlə azalması qütb ayılarını quruda getdikcə daha çox vaxt keçirməyə vadar edir. Nəticədə onlar ovlamaq və qida əldə etmək imkanlarının zəifləməsinə və ac qalmağa məcbur olurlar. Bu barədə "Naked-science" nəşri yazıb.
İqlim dəyişikliyinin qütb ayılarına necə təsir etdiyini başa düşmək üçün Vaşinqton ştatının Universitetindən və ABŞ Geoloji Xidmətindən bir qrup tədqiqatçı Kanadanın şimalındakı Hudson körfəzinin qərbindəki iyirmiyə heyvana videokamerası olan boyunluq bağlayıblar.
Məlum olub ki, buzların əriməsi üzündən qütb ayıları hazırda ilin, təxminən 130 gününü quruda keçirirlər. Lakin onlar quruda buzda olduqlarına nisbətən ova daha az uyğunlaşıblar.
Enerjiyə qənaət etmək üçün daim qida axtarışında olan heyvanlar quşlar, karibular, giləmeyvə, yosunlar və otlar yeyirdilər. Bəziləri isə çox yatırdı. Eyni zamanda, boyunluq taxan, demək olar ki, bütün qütb ayıları gündəlik, orta hesabla, təxminən bir kiloqram arıqlayıblar.
Alimlər belə qənaətə gəliblər ki, iqlim dəyişikliyi buzsuz Arktika yaylarının müddətini uzadır və qütb ayılarının aclıq riskini artırır.
Daha əvvəl biologiya elmləri doktoru, Tümen Dövlət Universitetinin Zoologiya və Heyvanların Təkamül Ekologiyası kafedrasının müdiri Sergey Qaşev qeyd etmişdi ki, Rusiyada qütb ayıları nəsli kəsilmək təhlükəsi altındadır. Onun sözlərinə görə, buzların əriməsi bu yırtıcıların əsasən qidalandıqları suitiləri ovlamasına mane olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.