BAKI, 17 fevral — Sputnik. Ötən əsin 80-ci illərində dəbdə olan geniş çiyinli geyimlər yenidən trend olub. Bu barədə "Vogue" jurnalının fransız versiyası yazır.
Söhbət podiumlarda görünən qeyri-proporsional geniş və həcmli çiyinləri olan geyimlərdən gedir. Belə ki, onları məşhur brendlər, o cümlədən "Jacquemus", "Schiaparelli" və "Dolce & Gabbana" təqdim edib.
Eyni zamanda bir çox məşhurların bu cür geyimə üstünlük verməsi gözdən qaçmayıb. Məsələn, paparatsiya amerikalı model Emili Ratakovskini küçədə eyni üslubda palto ilə lentə alıb. Model paltonu qısa top və cins şalvarı uzunboğaz çəkmələrin içində olmaqla uyğunlaşdırıb. Öz növbəsində model Karli Kloss da oxşar tərzdə olan qısaldılmış gödəkçəyə, aktrisa Dakota Conson isə böyük ölçülü gödəkçəyə üstünlük verib.
Baku Fashion Week 2016-nın açılışı, arxiv
© Sputnik / Murad Orujov
Bu ilin yanvar ayında bildirilib ki, dəb dizaynerləri və məşhurlar sayəsində 1970-ci illərdə dəbdə olan ayaqqabılar yenidən trendə çevrilib. Söhbət məşhur brendlərin kolleksiyalarında görünən zamşa çəkmələrdən gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.