BAKI, 16 fevral — Sputnik. Rusiyanın Arktika Şurasından çıxması Norveç üçün böyük təəssüf hissi yaradacaq.
Bunu Norveç Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mariken Bruusqor Harbits bəyan edib.
"Norveçin məqsədi səkkiz üzvlə birlikdə Arktika Şurasını bütövlükdə qorumaqdır"- "RİA Novosti" ondan sitat gətirib.
Harbits vurğulayıb ki, Oslo məhz şuraya üzv ölkələrin ümumi problemlərin həlli və regionun həyat dayanıqlılığı üçün əsas məsuliyyəti öz üzərinə götürməsini vacib hesab edir.
Bundan əvvəl məlum olub ki, Rusiya Arktika Şurasına illik rüsumların ödənilməsini dayandırıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Arktika Şurasının qeyri-dost ritorikaya əməl edəcəyi təqdirdə təşkilatdan çıxmaq məsələsi yarana bilər.