BAKI, 16 fevral — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi sürücülərinin kütləvi şəkildə narkotik testdən keçirilməsi xəbərini təsdiq etməyib.
AYNA-nın mətbuat katibi Tural Orucov Sputnik Azərbaycan-a bildirib ki, yayılmış bu məlumat əsassızdır. Onun sözlərinə görə, məlum hadisədən sonra taksi sürücüləri kütləvi şəkildə narkotestə cəlb olunmayıb.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda taksi fəaliyyəti göstərdiyi iddia olunan Əhməd Əhmədovun ailəsinin 5 üzvünü öldürməsindən sonra AYNA tərəfindən taksi şirkətlərinə sürücülərini narkoloji testə göndərməklə bağlı tapşırıq verildiyini əks etdirən xəbərlər yayılıb.