BAKI, 15 fevral — Sputnik. Rusiya Federasiyasının kosmosa nüvə silahı yerləşdirmək planları ilə bağlı şayiələr Ağ Evin növbəti hiyləsidir.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, vəziyyətlə bağlı ABŞ-ın milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivanın brifinqini gözləməyə çağırıb.
"Ancaq açıq-aydın görünür ki, Ağ Ev var gücü ilə və saxtakarlıqla Konqresi pul ayırmaq üçün qanun layihəsinə səs verməyə sövq etməyə çalışır. Biz Ağ Evin hansı hiylələrə əl atacağını görəcəyik" - "TASS" Peskovdan sitat gətirib.
Bundan əvvəl "ABC News" telekanalı xəbər vermişdi ki, ABŞ konqresmenlərinə gizli brifinqdə Rusiyanın guya kosmosa nüvə silahı yerləşdirmək planları barədə məlumat verilə bilərdi. ABŞ qanunvericiləri nüvə silahının peyklərə qarşı istifadə oluna biləcəyinə inanırlar.