BAKI, 15 fevral — Sputnik. Macarıstan Aİ-nin Rusiya və digər ölkələrdən onlarla fiziki və hüquqi şəxsə təsir edə biləcək yeni, 13-cü sanksiyalar paketinə qarşı çıxıb.
Bu barədə "Financial Times" yazıb.
Budapeşt Aİ səfirlərinin görüşündə yeganə olaraq buna qarşı çıxıb. Əks halda, Rusiya Federasiyası, Çin və digər ölkələrdən 200-ə yaxın şəxs və təşkilata qarşı sanksiyalar paketi təsdiqlənəcəkdi.
Jurnalistlər şirkət rəsmilərinə istinadən iddia edirlər ki, Macarıstan məhdudiyyətləri üç Çin və Hindistandan olan bir şirkətə təsir etdiyinə görə boklayıb.
Qeyd edək ki, Avropa İttifaqı fevralın sonuna qədər yeni sanksiyalar paketini qəbul etməyi gözləyir. "Bloomberg"in məlumatına görə, Aİ silah, texnologiya və elektronikanın istehsalı və tədarükü ilə məşğul olan şəxslərə və şirkətlərə qarşı məhdudiyyətlərin tətbiqini təklif edib.