SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gürcüstan, Azərbaycan və Türkiyə XİN başçılarının üçtərəfli görüşü baş tutacaq

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ankarada gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşündə bildirilib.
Sputnik
BAKI, 15 fevral - Sputnik. Bu ilin martında Gürcüstan, Azərbaycan və Türkiyə XİN başçılarının üçtərəfli görüşü baş tutacaq.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ankarada gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşündə bildirilib.
Tərəflər, həmçinin strateji tranzit və enerji layihələrinin həyata keçirilməsi məsələsinə, Gürcüstan, Azərbaycan və Türkiyənin tranzit potensialına toxunublar.
Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, eləcə də Orta Dəhliz layihəsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.